USD1,700,00%
EUR1,85–0,08%

Qarabağda yeni avtomobil yolları açılıb


 |  admin  | 

Qarabağda 37,7 km uzunluğunda dördzolaqlı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 km-lik sahəsində işlər yekunlaşıb. Burada dörd avtobus dayanacağı, 79 m uzunluğunda körpü və müxtəlif diametrli 15 su çıxışı quraşdırılıb. Həmçinin uzunluğu 10,2 km olan Füzuli-Hadrut avtomobil yolu və onun üstündə tikilən 18 metr uzunluğunda körpü istismara verilmişdir.

Yeni yolların açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin regional və yerli yollar şöbəsinin müdiri İlham Süleymanovun sözlərinə görə, bütün yollar birinci texniki dərəcəyə uyğun tikilib.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı