USD1,700,00%
EUR1,85–0,08%

Qarşıya doğru hərəkət


 |  admin  |  , ,

Avrasiya İqtisadi İttifaqı ölkələrinin əməkdaşlığı vüsət alır. 2022-ci ildə onların qarşılıqlı ticarət payı 14%-dək artmışdır və $1 trln çatmışdır. Aqrar sektoru dinamik şəkildə inkişaf edir: proqnozlara görə, ilin sonuna kimi kənd təsərrüfatı istehsalatı iki il əvvəlki göstəricilərlə müqayisədə 21% artacaqdır. Həmçinin sənaye kooperasiyası və elmi-texniki əməkdaşlıqda da uğur qazanmaq mümkün olmuşdur. Azərbaycandan bu uğurlar adi gözlə görünür. Və təəccüblü deyil ki, Bakı İttifaqa qoşulmağın mümkünlüyü haqqında daha tez-tez düşünür.

Keçən ilin yekunları üzrə Azərbaycanın Aİİ ölkələri ilə qarşılıqlı əmtəə dövriyyəsi 31% artıb və 4,7 milyard dollar təşkil edib, ölkənin xarici ticarətində İttifaq dövlətlərinin payı isə təxminən 9% olub. 2023-cü ilin yanvar ayından aprel ayınadək qarşılıqlı ticarətin həcmi daha 38% artıb.

Yaxınlaşma prosesi tam sürətlə gedir. Ona görə də təbiidir ki, Azərbaycanda Avrasiya tərəfdaşlığının perspektivlərinə dair o cümlədən Rusiya nümayəndələrinin iştirakı ilə aktiv müzakirələr aparılır. Belə ki, apreldə Bakıda dəyirmi masa arxasında inteqrasiyanın iqtisadi aspektlərini müzakirə ediblər.

Onun üstünlükləri aydındır: ixracın və ÜDM-in artımı, sərmayələrin axını, dövlətlərüstü institutlar tərəfindən maliyyələşmə. Azərbaycan sahibkarları üçün Aİİ-nın azad ticarət zonası açılacaqdır, hansına Vyetnam, Sinqapur və digər ölkələr daxildir. Sadə azərbaycanlılar isə İttifaq ölkələrində işlə təmin olunduqda yerli sakinlərlə eyni hüquq və sosial təminat əldə edəcəklər. Bu zaman əlavə inkişafı Azərbaycanın iştirak etdiyi birgə nəqliyyat layihələri əldə edəcəkdir.

Aİİ-na qoşulma yerli biznesin inkişafını stimullaşdırır, yeni iş yerlərinin açılmasına gətirəcəkdir, müasir texnologiyaların tətbiqini sürətləndirəcəkdir. Artan rəqabət mal və xidmətlərin qiymətlərini aşağı salacaqdır. Nəticədə, ümumilikdə həyat keyfiyyəti yaxşılığa doğru dəyişəcəkdir.

Bir sözlə, Avrasiya inteqrasiyası Azərbaycanın qarşısında yeni imkanlar açacaqdır. “Valday” beynəlxalq diskussiya klubunun və MDU-nin İnformasiya-Analitik Mərkəzinin eksperti Fərhad İbrahimov hətta hesab edir ki, ölkəmiz Aİİ-da xüsusi status ala bilər, çünki İttifaqın digər dövlətləri yeni üzvlə maraqlanırlar.

Ölkə rəhbərliyi də Aİİ-yə daxil olmaq istiqamətində addımlar atır. May ayında Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə Avrasiya İqtisadi İttifaqının iclasında iştirak edib, hansında Aİİ dövlətlərinin rəhbərləri müzakirə edirdilər.

Öz çıxışında İlham Əliyev Aİİ ilə qarşılıqlı ticarətin artımından danışıb, ölkənin nəqliyyat potensialını qeyd edib və əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümid etdiyini bildirib. Daha sonra Azərbaycan lideri bildirib ki, Bakı iqtisadi maraqlarını nəzərə almaqla Aİİ ilə yaxınlaşmağa hazırdır.

İyun ayında isə Azərbaycanın Baş naziri Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib. İclasda Azərbaycan hökumətinin başçısı vurğulayıb ki, Aİİ ilə əməkdaşlığın inkişafı – ölkənin xarici siyasətində prioritet istiqamətlərdən biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı