USD1,700,00%
EUR1,85–0,08%

Regional inkişaf amili kimi müttəfiqliyin yeni formaları


 |  admin  | 
Russia’s President Vladimir Putin (C), Azerbaijan President Ilham Aliyev (L) and Armenia President Serzh Sergsyan speak during their meeting in Sochi on August 10, 2014. AFP PHOTO/RIA NOVOSTI/POOL/ALEXEY DRUZHININ (Photo credit should read ALEXEY DRUZHININ/AFP/Getty Images)

Dünya iqtisadi böhran həm ümumdünya miqyasda, həm də regional səviyyələrdə siyasi münasibətlərə yenidən baxılmasını qaçılmaz edib. Və bu, qlobal inkişaf paradiqması ilə yaranmış dərin disproporsiyaların birbaşa nəticəsidir, hansının dayağı – bir dünya valyutasının hökmranlığı ilə maliyyə kapitalizmdir. 

Biz, bizim regionda geosiyasi mənzərənin necə dəyişdiyini görə bilirik. Hələ 1990-cı illərdə formalaşmış hərbi-siyasi əməkdaşlıq formaları eroziyaya məruz qalır və iqtisadi və siyasi çağırışlara artıq cavab vermir.

Bu prosesin bir sıra ilkin şərtləri var. Onların təhlili yeni reallıqlarda region üçün effektiv inkişaf strategiyalarının hazırlanmasına imkan verəcəkdir.

Dar dairənin maraqları naminə ümumdünya ehtiyat valyutasının “mətbəə dəzgahına” nəzarəti saxlayan geosiyasi lider qabaqda gedən statusunu itirir. Bu zaman, praktiki olaraq qeyri-məhdud resursları saxlamaqla, o, Rusiya ətrafında qeyri-sabitlik zonalarının yaradılması ideyasını güclü şəkildə irəli sürməyə davam edir.

Bu məqsədə nail olmaq üçün “lazımi” gündəmi yayımlayan yerli elit qruplar formalaşdırılır. Bu, əsasən o deməkdir ki, əməkdaşlığın yerli formatları əvvəlcədən yağamağa qabil deyillər, bütün problemlərdən yeganə panaseya isə – autsayder qismində olsa belə, Avropa İttifaqı və NATO-ya inteqrasiyadır.

Bu mövqenin translyatorları olan qüvvələrin hakimiyyətə gəlməyi bacardığı ölkələrdə xarici siyasət kursunun kəskin dəyişikliyi baş verir. Təəssüf ki, bu, sağlam düşüncəyə və cəmiyyətin və dövlətin özünü qorumaq instinktinə baxmayaraq baş verir. Buna görə region qanlı hərbi münaqişələrin real təhlükəsi ilə üz-üzə qalır.

Cənubi Qafqaz – bu yanaşmanın parlaq nümunəsidir. Ermənistanda hakimiyyətdə olan “demokratik qüvvələr” absurd həddinə çatıblar və Azərbaycan və Ermənistan arasında sülh prosesinin moderatoru kimi Rusiyanın rolunu şübhə altına qoyublar. Avropa İttifaqının missiyasının regiona dəvəti ilə Ermənistan tərəfinin demarşını başqa necə xarakterizə etmək olar?

Bun fonda Azərbaycanın mövqeyi daha ölçülmüş görünür, hansı subyektivlik göstərib və öz ərazisində qeyri-regional oyunçuları yerləşdirmədən öncə əngəl qoyub. Və bu o zaman ki, onun Avropa İttifaqı ilə mal dövriyyəsi ixracda kifayət qədər yüksəkdir. Sadəcə rəsmi Bakı özünün xarici siyasi gündəmini ilk növbədə milli maraqlardan irəli gələrək qurur.

Düşünməyə əsas var ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyinə Ermənistanın öz nümayəndəsinin inteqrasiyasından imtinası regional sabitlik və təhlükəsizliyin əsaslarının pozulması təhlükəsi kontekstində də baxmaq lazımdır.

Aydındır ki, regionda yeni trendlər davamlı olaraq qeyri-regional qərar qəbuletmə mərkəzlərindən stimullaşdırılır. Fransa prezidenti Emmanuel Makronun o bərədə bəyanatını xatırlamaq kifayətdir ki, Rusiya Ermənistanla hərbi qarşıdurmada Azərbaycanı dəstəkləyib. Biz informasiya-idrak silahını fəaliyyətdə görürük.

Bununla əlaqədar olaraq Rusiyada və Azərbaycanda sağlam ictimai qüvvələrin ayıq-sayıq olması və bizimölkələrimiz və xalqlarımız arasında münasibətlərin müttəfiqlik xarakterini təhdid altına qoyan cəhdlərinə qarşı durmaq üçün birgə səylər göstərməsi artıq olmayacaqdır.

 Təəssüflər olsun ki, son onilliklərdə bizim ölkələrimizdə dövlətlərimiz arasında münasibətlərin möhkəmlənməsinə xətti yönəltməyən qüvvələr formalaşıb. Amma adam inanmaq istəyir ki, sağlam, ayıq yanaşma üstündür və Rusiya ilə Azərbaycan arasında münasibətlərin müttəfiq xarakterinin formalaşmasında ifadə olunan ölkələrimizin rəhbərlərinin siyasi iradəsi bizim ölkələrimizin ictimai rəyi ilə davamlı şəkildə dəstəklənəcəkdir.

Comments (1)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı