USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bakı Konqres Mərkəzində Azərbaycanın xalq artisti Röya Ayxanın üç günlük konsert marafonu keçirilib. Yeni şou tamaşaçıları texniki baxımdan təəccübləndirib – müğənninin səhnəsində əsas tərəfdaş “Ku-ku” adlı robot olub. “Ulduzlu gecə” tamaşası zamanı robot plana uyğun olaraq Röyanı kifayət qədər yüksəkliyə qaldırsa da, nasazlıqlar üzündən onu endirməyib. Müğənni hündürlük qorxusuna baxmayaraq, mahnı oxumağa davam etsə də, göz yaşlarını saxlaya bilməyib.
Röya bildirib ki, tamaşaçıların enerjisi ona güc verib, hadisədən xilas olub. Müğənni konsertinə gələn pərəstişkarlarına böyük təşəkkürünü bildirib. Röya Ayxan Azərbaycanda səhnədə robotdan istifadə edən ilk azərbaycanlı ulduzdur.
Bir cavab yazın