USD1,700,00%
EUR1,85–0,08%

Şəkiyə sel yağdı


 |  admin  | 

Ötən həftə Şəki rayonunda leysan hadisələri nəticəsində yol infrastrukturuna ziyan dəyib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az -a verilən məlumata görə, avtomobil yolunun Baş Göynük kəndi ərazisindən keçən 10-12-ci km-lik hissəsinə daha çox ziyan dəyib. Şinçay çayı üzərində 169 metr uzunluğunda olan körpüdə palçıq, qum və daşdan ibarət sel suları əmələ gəlib və avtomobillərin hərəkətinə mane olub.

Dərhal zərərçəkmiş əraziyə xüsusi texnika və agentliyin əməkdaşları göndərilib. Onlar yolu qısa müddətdə lildən, palçıqdan, qum-çınqıldan təmizləyib, açıq dərələri bərpa edib, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı