USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Milli Məclisin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliyə əsasən, müvafiq müqavilə olmadan avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımaların təşkilinə görə vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər isə 1200 manat məbləğində cərimə ediləcək. Xarici dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə respublika ərazisində sərnişin və yük daşımalarının həyata keçirilməsinə görə 400 manat məbləğində cərimə edilir.
Qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində lisenziyası olmadıqda və inzibati tənbeh olduqda təkrar daşımalara görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmçinin lisenziyanın şərtlərinin təkrar pozulmasına görə 80 manat məbləğində cərimə tətbiq edilir.
Bir cavab yazın