USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva İtaliyanın Montesilvano şəhərində (İtaliya) keçirilən 18 yaşadək şahmatçılar arasında dünya çempionatının qalibi olub. Ayan 11 oyundan 8-də qalib gələrək üç dəfə heç-heçə edərək 9,5 xal qazanıb.Çempionumuzu təbrik edirik!
Artıq vətənə qayıdan şahmatçını Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, idman xadimləri və jurnalistlər qarşılayıblar.
Ümumilikdə dünya çempionatında 94 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb.
Bir cavab yazın