USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Şamaxıdakı Yaradıcılıq Mərkəzində II Milli Quram Festivalı çərçivəsində tədbirlər keçirilib. Əvvəlcə təntənəli yürüş keçirilib, sonra festivalın qonaqları üçün ustad dərsləri təşkil olunub, quram məmulatlarının və sənətkarlıq nümunələrinin yaradılması prosesinin nümayişi, satış yarmarkası keçirilib. Festivalın sonunda musiqili proqram təqdim olunub.
Festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Mədəniyyət, Elm və Təhsil nazirlikləri, həmçinin Şamaxı rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Qurama bir növ sənət və sənətkarlıqdır, yamaqdır. Ölkəmizdə bu texnikanın qədim tarixi kökləri və ənənələri var.
Bir cavab yazın