USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Ötən həftəsonu Heydər Əliyev Sarayının səhnəsində məşhur San-remo musiqi festivalının hitləri səsləndirilən möhtəşəm konsert olub. Tanınmış artistlərin çıxışını Əməkdar Artist Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.
Həmin axşam Gianni Skribano, Martina Striano, Stefano Bersola, Lara Pasquale paytaxt səhnəsində çıxış ediblər. Tamaşaçılar məşhur hitlər Volare, Felicità, L’italiano, Susanna və digər zamanın sınağından çıxmış bəstələri dinləyiblər.
Bu, Azərbaycanda məşhur festival iştirakçılarının son 10 ildə ilk konsertidir. Tamaşaçılarımız üçün xüsusi hədiyyə olaraq təsadüfi seçilmiş biletin qonağı sahibinə Romaya səyahət hədiyyə edildi.
Bir cavab yazın