USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Keçən gün Söyüdlü kəndinin sakinləri yenidən kimyəvi tullantıların axıdılması üçün süni su anbarının tikintisinə qarşı çıxıblar. Lakin onların kor-təbii mitinqi hakimiyyət tərəfindən anlayışla qarşılanmamışdır.
Protest aksiyasını polis dağıtmışdır. DİN əməkdaşları çox sərt hərəkət ediblər və güc tətbiq etməkdən çəkinməyiblər. Adamlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər, bir yaşlı qadının isə qaz tapançasından birbaşa üzünə atəş açıblar. Təqribən 10 kənd sakini xəsarət alıb, daha 6 nəfəri saxlayıblar.
Böyük Britaniyanın Anglo Asian Mining plc (AAM) şirkətinə məxsus olan Gədəbəy yatağına qədər Söyüdlü kəndindən cəmi bir neçə kilometr məsafə vardır. Məhz oradan qızıl tərkibli filizlər zənginləşdirildikdən sonra turşularla zəhərlənmiş suları axıdırlar.
Axıntılar üçün birinci hovuz artıq dolub, ona görə də qərb mədənçiləri daha bir göl qazmaq qərarına gəliblər. Həm də nəinki başqa bir yerdə, məhz kəndin yaxınlığında, otlaq torpaqlarda. Görünür ki, mədənçilər yerli əhalinin nazarılıqlarına baxmayaraq, öz istədiklərinə nail olacaqlar.
Sadə azərbaycanlıların maraqları və Qərb investorlarını razı salmaq istəyi arasında hakimiyyət hələ 1997-ci ildə məhsulun bölgüsü haqqında saziş imzaladıqları şəxsləri seçib. Və bu hal birinci deyil.
Qərb şirkətləri Cənubi Qafqazda özlərini koloniyadakı kimi aparırlar: torpaqlarımızda təklifsizliklə sahiblik edirlər və sərvətləri talayırlar. Bundan başqa, onların fəaliyyəti yerli sakinlərin sağlamlığına zərər vurur.
Britaniya mədənçıxarma şirkətinin top-menecerləri və digər Qərb investorları regionun ekoloji vəziyyəti maraqlandırmır, onlar ətraf mühitin çirklənməsinə qarşı laqeyd yanaşırlar. Aydın deyil, əvvəllər Laçın dəhlizini bloklaşdıran ekoloji fəallar indi nə işlə məşğul olurlar, və nə üçün Söyüdlü sakinlərini dəstəkləmək üçün cəsarətləri çatmır.
Anglo Asian Mining plc (AAM) şirkətinin hərəkətləri təəccüb yaratmır, çünki onun yüksək mənfəəti təhlükə altındadır: Britaniya şirkəti – Azərbaycanda qızıl və mis hasil edən aparıcı şirkətdir. O, Gədəbəy yatağını artıq 14 ildir işlədir. Keçən il AAM-ın Azərbaycandakı əməliyyatlarından əldə etdiyi gəliri 84,7 milyon dollar təşkil edib. Bu il şirkət ölkədə qızıl ekvivalentində 54 min unsiyaya qədər qiymətli metal hasil etməyi planlaşdırır, 2028-ci ilə qədər isə proqnozlaşdırılan hasilat 175 min unsiyaya qədər artacaqdır. Bu zaman yerli sakinlər dəyən ekoloji ziyana görə AAM-dan kompensasiya belə almırlar.
Can yazıq Azərbaycanım. İngilislər onsuzda koloniya yaratmaga meyllidi həmişə.
Məmurların pafoslu danışığına baxmayaraq ölkədə ekoloji nəzarət kağız üzərində və bir də televiziya kameralarına müsahibə verən vəzifəlilərin ağızlarındadır. Çünki məsuliyyət hissini itiriblər.