USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan və Ermənistan liderləri həm Birinci, həm də İkinci Qarabağ müharibəsindən sonra müntəzəm olaraq görüşürdülər. Lakin indi tərəflər sülhə daha yaxındırlar, çünki bir sıra məsələlərin həllinə ehtiyac yoxdur. Xüsusilə də Qarabağın ətrafında olan yeddi rayonla əlaqədar mövzu bağlanıb. 2020-ci il sentyabrın 27-dək Ermənistan beş və ya yeddi rayonun Azərbaycana verilməsi ilə bağlı bazarlıq edə bilərdi, indi bu məsələ müharibə yolu ilə və üçtərəfli memorandumla həll olunub. Daha rahat başlanğıc mövqelərə baxmayaraq, Qarabağ münaqişəsinin nizamlanmasındahələ də çoxlu sualtı daşlar var. ABŞ və Aİ-nin prosesə müdaxiləetmək cəhdlərinə baxmayaraq, Rusiya əsas fəaliyyət göstərən oyunçu olaraq qalır. Soçidəki görüş bu reallığı bir daha təsdiqlədi.
Avropa təşəbbüsləri
İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra Fransa, Almaniya, Aİ və onların “böyük tərəfdaşı” ABŞ regionda özmövqelərini itirdilər. AFR və Fransiyanın tənqidi və sanksiya hədələri Azərbaycan-Türkiyə tandemi tərəfindən nəzərə alınmır, döyüşləri isə Rusiyanın müdaxiləsi hesabına dayandırmaq mümkün olmuşdur. Rusiya Ukraynada xüsusi əməliyyata başlayandan sonra Aİ Qarabağ trekində təxribat xarakterli hərəkətlərini gücləndirib.
Azərbaycan tərəfindən etiraz, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Katibliyinin missiyası Ermənistana özbaşına səfərinə səbəb oldu. ATƏT-in qondarma tələbatların qiymətləndirilməsi üzrə missiyasına sərhədyanı regionlardaki vəziyyətin təhlil edilməsi tapşırılmışdır Lakin onun göndərilməsi haqqında məsələ heç vaxt ATƏT-in kollektiv orqanları tərəfindən müzakirə olunmamışdır, və müvafiq qərarlar qəbul edilməmişdir.
Bununla əlaqədar Azərbaycan XİN bəyan edib ki, ATƏT-in Ermənistana göndərilmiş missiyası təşkilat mandatına malik deyil. Orqanın mövqeyinə görə, missiyanın göndərilməsi – Ermənistanın birtərəfli təşəbbüsüdür, bu isə o deməkdir ki, buna bir neçə iştirakçı dövlətdən ibarət qrupun şəxsi səfəri kimi baxmaq lazımdır
“Digərlərin arasında ATƏT-in Sədrliyinin və Katibliyinin belə birtərəfli hərəkətləri tərəflərin razılığını, vasitəçilərin qərəzsizliyini və beynəlxalq hüquqdan irəli gələn dövlətlərin öhdəliklərinə əməl etməyi tələb edən istənilənməsuliyyətli və etibarlı vasitəçilik və etimadın qurmasının əsas prinsiplərinə ziddir”, – orqanın bəyanatında deyilirdi.
Təşəbbüsü itirmə riski
Rusiya sülhməramlıları hələ də Qarabağdadırlar. Ermənistan – KTMT və Aİİ-nin üzvüdür. 22 fevraldan etibarənAzərbaycan rəsmi olaraq Moskvanın müttəfiqi olub. Rusiya Qərbin təxribatlarını və nizamlanma prosesinə xələl gətirmək cəhdlərini iqnor edə bilmirdi. 14 sSentyabrda Rusiya XİN-nin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar hər şeyi öz adları ilə deyib. “RİA Novosti”yə verdiyi müsahibədə o bildirib ki, Aİ-da “əsas məqsədin Rusiyanı Zaqafqaziyadan sıxışdırıb çıxarmaq olduğunu belə gizlətmirlər”, Brüsselin bu davranışını “sıfır nəticələri ilə geosiyasi oyunlar” adlandırıb.
Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 31 oktyabrda Soçidə keçirilən danışıqlar vaxtında oldu və 2020-ci ilin noyabrında qeydə alınmış reallığı bərpa etdi. İlham Əliyev və Nikol Paşinyanla şəxsi görüşlər Kremlin mövqeyini iki ölkənin hər birində gücləndirir, üçtərəfli format isə – Rusiyanın Qarabağ trekində liderliyini gücləndirir. Soçidəkimüzakirələr faktiki olaraq Paşinyan və Əliyevin Aİ-də dörd raunddan ibarət olan randevusunu yarımçıq qoydu.
Rusiya sülhməramlılarının töhfəsi İrəvan və Bakıda yüksək dərəcədə qiymətləndirildi
Putinin bəyanatlarından belə çıxır ki, Rusiya Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır. “Biz Ermənistan-Azərbaycan sərhədində və Qarabağ ətrafında baş verənlərə qarşı həmkarlarımızın yanaşmalarını görürük. Bu münaqişə on ildir ki, davam edir, ona görə də bunu nə vaxtsa qurtarmaq lazmdır”, – o deyib. RF prezidenti münaqişənin həllini artıq 2020 və 2021-ci illərdə əldə edilmiş razılaşmaların həyata keçirilməsində görür. Onların həyata keçirilməsinin qarantı Qarabağda olan Rusiya sülhməramlı kontingent (RMC) qalır, hansı Putinin sözlərinə görə, öz tapşırığının öhdəsindən gəlir.
Putin və Əliyevin, Putin və Paşinyanın sülhməramlılar üzrə mövqeləri uyğun gəlir. Zaqafqaziya respublikalarının rəhbərləri də RMK haqqında yüksək fikirdədirlər. Ümumiyyətlə, görüş gününə yaxın Rusiyanın Qarabağ trekində nüfuzunun möhkəmlənməsi müşahidə olunur. Emmanuel Makron ilə, Avropa məmurları ilə çoxsaylı söhbətlərə və Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin, ondan əvvəl isə MKİ-nin rəhbərinin İrəvana təmtəraqlı səfərinə baxmayaraq, Ermənistanın baş naziri gözlənilmədən deyib ki, Rusiyanın nizamlanma planı qərbin planından daha yaxındır.
Dəhlizlərin delimitasiyası və blokunun açılması
Əliyev Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasına verdiyi töhfəni də yüksək qiymətləndirib. O, Moskvanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində fəal rol oynayacağına ümid edir. Buzaman Ermənistan və Azərbaycan liderlərinin problemin həllinə yanaşmaları hələ də əksdir. Ən az kəskin məsələdə – sərhədin delimitasiyasında – Paşinyan atəşkəs rejiminin təmin edilməsinə üstünlük verir və yalnız bundan sonra sərhədləri müəyyən etməyə hazırdır. Əliyev delimitasiya ilə bağlı tələsir. Sərhədlərin müəyyənləşdirilməsi de-fakto və de-yure Ermənistan tərəfindən Qarabağın Bakının nəzarətində olmayan qalan hissələri üzərində Azərbaycanın suverenliyinin tanınması demək ola bilər. Ona görə də İrəvan bu məsələdə tələsmir. Rusiya dəqiq xəritələr təqdim etmək yolu ilə delimitasiyanı tezləşdirə bilər, bu barədə Putin Soçidə keçirilən mətbuat konfransında bildirib.
İkinci mübahisəli məqam – nəqliyyat yollarının blokdan çıxarılmasıdır. 9 noyabr 2020-ci il tarixli üçtərəfli memorandumun imzalanmasının ilk günlərindən etibarən ermənilərin Qarabağdan Ermənistana və əks istiqamətdə sərbəst hərəkət etməsi üçün Laçın dəhlizi açılmışdır. Lakin sənəddə Zəngəzur dəhlizi daxil olmaqla Naxçıvandan Azərbaycanın əsas ərazisinə “bütün nəqliyyat və iqtisadi əlaqələrin” açılmasından söz edilir. Son layihə indiyənədəkhəyata keçirilməyib. Azərbaycan hər iki tərəfdən bütün lazımi avtomobil və dəmir yollarını hazırlayır. Ermənistan Sünik vilayətinin rayonları üzərində suverenliyini itirmək qorxusu ilə əlaqədar məsələnin həllini uzadır. Bu zaman xatırlatmaqlazımdır ki, Zəngəzur, eləcə də Laçın dəhlizinin təhlükəsizliyinə Rusiya təhlükəsizlik qüvvələri zəmanət verməlidirlər. Soçidə Ermənistanın baş nazirinin iştirakı ilə Putin bildirib ki, ən vacib şey – sülh və inkişaf üçün şəraitin təmin edilməsi, o cümlədən nəqliyyat infrastrukturunun blokunun açılmasıdır.
Region üzrə Rusiyanın yanaşmasının Avro-Atlantik yanaşmasında fərqi ondan ibarətdir ki, NATO ölkələri “və ya-və ya” prinsipi ilə hərəkət edirlər. ABŞ və Avropa İttifaqı yalnız Rusiyanı Qarabağ münaqişəsinin nizamlanmasından kənarlaşdırmaq deyil, həm də Ermənistan və Azərbaycanda təsirini zəiflətmək istəyir. Vaşinqton, Gürcüstan və Ermənistanı, Rusiya bizneslərinə paralel idxalla məşğul olmaqda kömək etsələr sanksiyalarla hədələyib. Soçidəkigörüşündən dərhal sonra Dövlət Departamenti Kremlin səylərini pozmaq üçün Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini Vaşinqtona dəvət edib. Eyni zamanda, ABŞ İranı sanksiyalar altında saxlayır və onun Rusiya və Azərbaycanla sıx əlaqəsinə imkan vermək istəmir. Rusiya bütün regional oyunçuları cəlb etməklə kompleks variantı təklif edir. Burada aydın sübut “Şimal-Cənub” layihəsi və Türkiyə, İran, Rusiya və üç Zaqafqaziya respublikasının daxil olduğu “3 + 3”formatıdır.
Status məsələsi
Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında üçüncü və yəqin ki, ən çətin düyün – Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərin taleyidir. Bu torpaqlar, Azərbaycana qaytarılan Şuşa, Hadrut şəhərləri və digər yaşayış məntəqələri istisna olmaqla, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) torpaqlarıdır.
Azərbaycan hesab edir ki, bu məsələ artıq həll olunub. Üçtərəfli memoranduma müvafiq olaraq Ermənistanın bütün SQQarabağdan çıxarılmalıdırlar. Erməni diasporu, İrəvandakı müxalifət və Qarabağ erməniləri hesab edirlər ki, statusun hələ müəyyənləşdirmək lazımdır. Paşinyan bir dəfə parlamentdə kompromislərin lazım olduğu barədə bildirmişdir,çünki dünya birliyi Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Eyni zamanda, daxili siyasi nəticələri dərk edərək və özünə qarşı böyük təzyiqi hiss edərək Ermənistanın baş naziri Azərbaycanın Qarabağ üzərində suverenliyinin qaytarılması ilərazı ola bilmir.
Praktiki olaraq və sonuncu məsələdə bir ço şey Kremlin iradəsindən asılı ola bilər. Qarabağın təhlükəsizliyi RF-nınsülhməramlı səyləri ilə təmin edilir. Hüquqi olaraq Rusiya bu əraziləri Azərbaycanın ərazisi hesab edir. Putin bu barədə İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra deyib. O zaman o həmçinin deyib ki, Qarabağın statusu məsələsi hələ də açıqdır və onu gələcəyə təxirə salmaq yaxşı olardı. Bu məsələdə Kremlin həlledici sözü həm Bakı, həm də İrəvan üçün sərhədlərin müəyyənləşdirilməsi və nəqliyyat yollarının açılmasından daha çox həssasdır.
Böyük fasilədən sonra Əliyev və Paşinyanın Rusiya ərazisində ilk görüşü – Rusiya diplomatiyasının uğuru və Rusiyanın Qarabağ məsələsində həlledici rolunun təkrar təsdidir. Soçidəki danışıqlar – gələcəkdə daha substantiv danışıqlar üçün əsasdır. Oktyabrın 31-də Paşinyan, Əliyev və Putin birgə bəyanatda razılaşmalara riayət etməyin, ortaq məxrəclərin axtarışını davam etdirməsinin və sülh müqaviləsinə hazırlığın vacibliyini vurğulayıblar. Bunlar deklarativ, lakin sülhə sadiqliyi vurğulayan son dərəcə vacib bəyanatlardır. Aydındır ki, növbəti danışıqlar üçün planka daha yüksək olacaqdır. Tərəflər praktiki razılaşmaların olmasına arxalanacaqlar. Kreml, yəqin ki, Soçidə əldə olunan uğuru inkişaf etdirmək üçün bütün imkanlardan istifadə edəcək, çünki prosesin bütün iştirakçılarının məqsədi ümumidir – Cənubi Qafqazda sülh.
Bir cavab yazın