USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Sovet İttifaqının süqutu keçmiş SSRİ ölkələrində onlarla, əgər yüzlərlə deyilsə də, minlərlə qeyri-kommersiya və qeyri hökumət qərb təşkilatlarının yaranması üçün triqqer rolunu oynadı. Çox vaxt bu QHT-lər rəsmi olaraq özlərinin elmi-tədqiqat və humanitar fəaliyyətləri barədə bəyan edirdilər və rəsmi nümayəndəliklərinin yerləşdiyi ölkələrin siyasətlərinə qarışmırdılar. Ancaq bir çox hallarda vəziyyət başqa cür görünürdü.
Bunun bariz sübutu Amerikanın təşkilatı olan “Demokratiyaya Dəstək Milli Fondu”nun (National EndowmentforDemocracy, qısa olaraq NED) Belarus və Ukrayna ərazisindəki fəaliyyətini göstərmək olar. Bundan əlavə fondun açar fiqurları olan – Karl Qerşman və Barbara Heyq – bu yaxınlarda etiraf etdilər ki, fond Moskva, Minsk və Kiyevdə olan hökumət əleyhinə etirazları aktiv şəkildə maliyyələşdiriblər. Əgər ilk iki halda NED özünün son hədəflərinə çatmasa da, Ukrayna ilə bağlı bütün vəziyyət, yuxarıda qeyd olunan təşkilatın, həmçinin amerikalı treyder, maliyyəçi, filantrop və investor Corc Sorosa məxsus strukturların aktiv dəstəyi ilə 2014-cü ilin fevral ayında Kiyevdə baş verən dövlət çevrilişinin meyvələrini yığmağa davam etdiyimiz faktını nəzərə alsaq, aydındır.
Şəbəkənin flaqmanı – “Açıq cəmiyyət” təşkilatı – postsovet ölkələri hələ Sovet İttifaqının tərkib hissəsində olduqları dövrdə onlara diqqətini cəmləmişdi. Təşkilatın himayəsi altında hələ 1988-ci ildə rəsmi olaraq məqsədi elmin, mədəniyyətin və təhsilin dəstəklənməsi olan “Mədəni təşəbbüs” Sovet-Amerikan Fondu yaradılmışdı. Lakin tez bir zamanda fondu bağladılar, belə ki, Soros onun idarə olunma şəklindən narazı idi.
Buna baxmayaraq SSRİ-nin süqutundan bir neçə il sonra “Açıq cəmiyyət” bu əraziyə qayıtdı. Soros Fondunun himayəsi altında təşkilat Rusiya, Belarus, Gürcüstan, Azərbaycan və Ukraynada aktiv fəaliyyətə başladı. Mədəni-humanitar təşəbbüsləri qalxan edərək milyarderin strukturları ictimai rəyin müxalif yönümlü liderlərinə sponsorluq edirdilər, etirazları maliyyələşdirirdilər, nəzarət etdikləri KİV-lər yaradırdılar, hansılar ki, hökumət və dövlət əleyhinə gündəmin lobbiçiliyini edirdilər. Və əgər Belarusda təşkilat 1997-ci ildə qadağan olundusa, Rusiyada 2000-ci illərin əvvəlində milyarderin bütün strukturları ölkədən çıxarıldısa da, Gürcüstan və Ukraynada onlar təsirlərini aktiv şəkildə genişləndirirdilər. Nəticədə 2003-cü ildə Gürcüstanda “qızılgül inqilabı” baş verdi, inqilab nəticəsində hakimiyyətə qərb yönümlü Mixail Saakaşvili gəldi, Ukraynada isə bir il sonra “narıncı inqilab” baş verdi və nəticədə Kiyevdəki hakimiyyətə antirusiya yönümlü siyasətçilər gəldilər.
Oxşar vəziyyəti Soros Fondu Azərbaycanda da yaratmağı nəzərdə tutmuşdu. 2003-cü ildə respublikada prezident seçkiləri keçirildi, seçkilərin nəticələrinə əsasən İlham Əliyev əmin qalibiyyət əldə etdi. Ümumxalq səsverməsinin nəticələri ilə razılaşmayanlar Bakının küçələrinə və mərkəzi meydanlarına çıxdılar, hüquq mühafizə orqanlarına qarşı kütləvi təxribatlar təşkil etdilər. Ancaq polis kifayət qədər tez bir zamanda vəziyyəti nəzarət altına aldı və ixtişaşlar başa çatdı. Azərbaycanda inqilab təşkil etmək cəhdini Soros Fondunun tabeliyində olan strukturlar iki il sonra 2005-ci ildə respublikada parlament seçkiləri ərəfəsində etdilər. Həm də metodlar Ukraynada istifadə olunan metodlarla eyni idi, – “narıncı” inqilabçılar hökumət əleyhinə şüarlarla, cəmiyyətin həssas problemlərindən istifadə etməklə, xalqın arasında populyarlıq qazanmağa cəhd edirdilər. Lakin hüquq mühafizə qüvvələrinin effektiv reaksiyası və sistemsiz müxalifətin əhali arasında aşağı populyarlığı NED-in planlarının baş tutmasına imkan vermədi. O vaxtdan bəri “Açıq cəmiyyət” Azərbaycan istiqamətində aktivliyini azaltdı, çünki gənclər arasında geniş reaksiya görmədi. Eyni zamanda Azərbaycanda dövlət səviyyəsində gənclər siyasəti üzrə proqram qəbul edilmişdi, hansı ki, müxtəlid sinif qruplarından gənclərin nümayəndələrinin və tələbələrin diqqətini cəlb edə bilərdi.
Soros Fondunun Azərbaycandakı fəaliyyəti
Soros Fondunun tabeliyində olan “Açıq cəmiyyət – Azərbaycan” İnstitutu Bakıda 1997-ci ildən fəaliyyət göstərirdi. 2000-ci illərin əvvəllərindən Bakıdan başqa, Soros Fondunun informasiya-təhsil mərkəzləri respublikanın digər iri şəhərləri olan Gəncə, Lənkəran və Mingəçevirdə (analiji mərkəzin Naxçıvanda açılması gözlənilirdi, ancaq bu ideyanı reallaşdırmaq mümkün olmadı) fəaliyyət göstərirdi. Ancaq 2010-cu ildə fondun özünün qərarı ilə nümayəndəliyin fəaliyyəti məhdudlaşdırıldı, hərçənd qrantların ayrılması davam etdi. 4 dekabr 2014-cü ildə Prezident Administrasiyasının ozamankı rəhbəri Ramiz Mehdiyev “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı ifşaedici məqalə dərc etdi, bu məqalədə məxməri inqilablara toxundu və xaricdən yardım alan vətəndaş cəmiyyəti institutlarını tənqiq etdi. Bir həftə sonra, 11 dekabr 2014-cü il tarixində, “Açıq cəmiyyət” İnstitutunun Bakıdakı ofisi bağlandı.
Əslində Soros institutlarının və qərb QHT-lərinin ümumiyyətlə Azərbaycan ərazisində aktiv fəaliyyətinin və çiçəklənməsinin dayandırılmasının apogeyi 2013-cü il oldu. O vaxt Prezident Administrasiyasının yuxarıda adı çəkilən rəhbəri Mehdiyev ölkənin əsas informasiya agentliyi olan “Azərtac”a müsahibə verdi, həmin müsahibədə QHT-lərin Azərbaycanın daxili işlərinə müdaxiləsinin qabağının alınmasının əhəmiyyətini qeyd etdi. Bu elə belə deyilməmişdi, belə ki, 2013-cü ildə ölkədə növbəti prezident seçkilərinin keçirilməsi nəzərdə tutulurdu. Müxalif yönümlü gənc fəallardan ibarət bir neçə qrup (onların çoxu ölkə xaricində yaşayırdı), sosial şəbəkələr vasitəsilə insanları etiraz aksiyalarına çıxmağa çağırırdı. Sosial şəbəkələrin aktiv istifadə olunması ilə ilk etiraz aksiyası 2013-cü ilin mart ayında, prezident seçkilərindən 7 ay əvvəl baş tutdu. Həmin vaxt mitinq keçirənlər hərbi hissələrdə sistemli problemlərə görə respublikanın müdafiə naziri Səfər Mehdiyevin istefasının tələb edirdilər, etiraz edən qüvvələrin əsas şüarı “Əsgər ölümünə yox!” idi.
Daha sonra aydın oldu ki, etirazların maliyyələşməsi ilə yuxarıda adı çəkilən NED tərəfindən birbaşa kurasiya olunan “Beynəlxalq Məsələlər üzrə Milli Demokratik İnstitutu” (NDI) adlı qeyri-hökumət təşkilatı məşğul olmuşdu. Bu strukturun Azərbaycanın paytaxtında “maydan” təşkil etmək cəhdi ilə əlaqəli olması və istənilən halda cəmiyyətdə etiraz ab-havasının nə qədər güclü olmasını anlamaq üçün yoxlama keçirməsi barədə Amnesty International-ın versiyasına görə keçmiş siyasi məhbus – hüquq müdafiəçisi Eynulla Fətullayev də bildirmişdir. 2011-ci ilin may ayında azadlığa çıxan müxalifətçi açıq şəkildə bildirdi ki, ona qəti şəkildə “feysbuk inqilabı”na hazırlıq üçün 2 milyon ABŞ dollarının ayrılması barədə məlumdur və bu pullar məhz amerikalı demokratların fondunun xətti ilə gəlmişdi. NDI rəhbərliyi o vaxt bütün ittihamları təkzib etdi, bildirdi ki, institutun Azərbaycandakı fəaliyyəti şəffafdır və yerli qanunlara tam qaydada riayət olunur. NDI-nin regional direktoru Laura Cyuyet o vaxt bildirmişdi ki, NDI-nin istənilən digər fəaliyyətdə iştirakı barədə iddialar tamamilə yalandır.
Bununla yanaşı Cyuyetin sözləri inandırıcı olmadı və bir müddət sonra, 2014-cü ilin iyul ayında, ABŞ-ın Milli Demokratik İnstitutunun Bakıdakı ofisi rəsmi şəkildə bağlandı. Diqqətəlayiqdir ki, qadağa Kiyevdə Maydan hadisələrindən sonra qoyuldu. Qəti şəkildə məlumdur ki, məhz bu struktur Vaşinqtonla “maydan” inqilabçıları arasında əsas vasitəçi idi.
Fəaliyyət sferası
Ümumiyyətlə, USAID, NED, NDI, Soros Fondunun “Açıq cəmiyyət”i kimi təşkilatlar və digərləri çalışırlar ki, maksimum dərəcədə səliqəli özlərini aparsınlar, bununla həm hakimiyyətlər tərəfdən, həm də vətənində inqilab arzulamayan vətəndaşlar tərəfindən özlərinə şübhələri çəkməmək üçün edirlər. Bu strukturların Azərbaycandakı iş prinsipi cəmiyyətdə kütləvi marağa səbəb ola biləcək mədəni və humanitar layihələrin inkişafına əsaslanır. Misal üçün, bu strukturlar ictimai xadim və ya siyasi lider çıxara biləcək yerli QHT-lərin yaradılmasına qrantlar ayırırlar, hansı ki, nəticədə onlarla etirazçılar arasında əsas rabitə yaradıcı bənd olacaqdır. Bu sxemi vaxtında Corc Soros tərəfindən maliyyələşdirilən “Açıq cəmiyyət” də işlətmişdi. Öz təşkilatına dəstəyi milyarder özü birbaşa göstərmir, ABŞ-ın Dövlət Departamentinin tabeliyində olan USAID dövlət strukturu vasitəsilə həyata keçirir.
Soros Fondu ilə əlaqəli QHT-lərin MDB ölkələrində, xüsusilə Azərbaycanda iş prinsipi rəsmi şəkildə kifayət qədər sadə görünür. Xeyriyyə təşkilatı formasında güya siyasətlə heç bir əlaqəsi olmayan bu və ya digər humanitar layihələrin həyata keçirilməsi üçün ianələr yığılır. Əslində isə ölkədə destabilləşdirmə üzrə arxa planda böyük həcmli siyasi işlər gedir. Qeyri-kommersiya təşkilatlarının dəstəklənməsi üçün müvafiq maliyyə ayrılır, daimi işə bir neçə şəxs və tamamilə “xeyirxah” ideya və düşüncələrin ali məktəb və kollec tələbələrinin arasında propaqandasını etmək üçün onlarla könüllülər götürülür. Bir qayda olaraq, siyasət haqqında başlanğıcda danışmırlar, bu və ya digər sahədə biliklərini artırmaq üçün “obyekti” maraqlandıran maarifləndirmə və təhsil layihələrinin köməyilə bu və ya digər şəxsləri sıralarına cəlb edirlər. Onu bu istiqamət üzrə xüsusi kurslarla pulsuz təlimdən keçirirlər, digər hallarda isə ayrılmış qrant əsasında ölkə xaricinə tam formalı təhsilə göndərirlər. Həm də ki, bu mütləq top universitet olmaya bilər, burada əsas olaraq psixoloji amilə söykənilir. Ölkə xaricindən “hazırlanmış” şəkildə qayıtdıqdan sonra, Soros QHT-si artıq yerində Avropa (Qərb) təhsili almış gəncdən tamhüquqlu xadim formalaşdırmağa başlayır, hansı ki, inctimai rəyin lideri ola bilər. Bunun üçün də müvafiq maliyyə: qrantlar, investisiyalar, açıq ofislər, KİV-də tam həcmli piar və s. ayrılır.
Soros Fondunun kurasiyasında olan qeyri-hökumət təşkilatlarının nümayəndələri hakimiyyətlərin müşahidəsi altına düşənə kimi özlərini kifayət qədər komfortlu hiss edirlər. Xüsusilə Azərbaycanda, yerli KİV-in araşdırmasına əsasən, Soros layihələrinin milyarderin “Şərq-Qərb İdarəetmə İnstitutu” adlı strukturu vasitəsilə Azərbaycan Respublikasındakı koordinatoru Delina Fikonun təkcə illik maaşı 144 min ABŞ dolları, Azərbaycan Respublikasında layihənin rəhbəri Mark Qrabbın maaşı isə 222 min ABŞ dolları təşki edir. Yerli standartlara görə (həmçinin ABŞ-ın özünün standartlarına görə) bu nəhəng məbləğdir. Soros Fondundan kuratorların əsas vəzifəsi – vəziyyəti yoxlamaq, investisiya qoyula biləcək yerli cavan kadrları axtarmaqdır. Müvafiq “yol xəritəsi” hazırlanır, buna görə mitinq keçirə bilən və arxasında insan kütləsi yığa bilən, müxalifyönümlü aktiv gənc qruplaşma formalaşdırılır.
Corc Sorosun strukturlarının Azərbaycanda “rəngli inqilab” təşkil etmək cəhdindən istənilən halda imtina etmədiklərinə və hər şeydən əvvəl siyasətdən anlamayan insanlara arxalandıqlarına baxmayaraq, respublikada qərbin QHT-ləri artıq əhali arasında geniş maraqla qarşılanmırlar. Əgər 10-15 il əvvəl xaricdə təhsil və ya qeyri-adi kurslar şəklindəki bulkalarla kütlələri cəlb etmək mümkün idisə, indi bunu etmək çox çətindir. Birincisi, Azərbaycan əhalisi kütlə olaraq Sorosun təşkilatlarının həqiqi fəaliyyəti barədə məlumatlıdır və bunun xoşagəlməz bariz nümunələri var, hansıları ki, öz ölkəsində sınaqdan keçirmək istəməzdilər. İkincisi, dövlət aparatı respublika ərazisində yerləşən xarici QHT-lərin fəaliyyətini kifayət qədər ciddi şəkildə izləyir. İlham Əliyev dəfələrlə belə təşkilatlar əleyhinə fikir bildirmişdir, Soros Fondunun fəaliyyətini isə Azərbaycan lideri “dağıdıcı missiya həyata keçirdikləri, bunu gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırmaq və sonra onlardan zombi kimi istifadə etmək üçün etdikləri” şəklində xarakterizə etmişdir. Üçüncüsü, sakinlər qərbin qeyri-hökumət təşkilatlarına marağını itiriblər, hərçənd qrantların köməyilə Qərbdə təhsil almaq arzusunu nümayiş etdirən gənclərin az olmayan hissəsi vardır və həmin qrantları yuxarıda qeyd olunan QHT-lərdən tam loyallıq və Soros Fondunun maraqlarına sadiqlik müqabilində asan almaq mümkündür. Azərbaycanda əhali arasında populyar olmamasına baxmayaraq, bu o demək deyildir ki, “Açıq cəmiyyət” öz fəaliyyətini dayandıracaqdır. Adətən belə təşkilatlar, münasib anı gözləyərək və aktiv şəkildə fəaliyyət göstərməyə davam edərək uzunmüddətli perspektiv üçün işləyirlər. Ukraynadakı vəziyyət müstəqil xarici siyasət həyata keçirən bütün ölkələr üçün bunun bariz nümunəsidir.
Bir cavab yazın