USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan SSR xalq artisti Şövkət Ələkbərovanın repertuarından mahnı ifa edən on yaşlı azərbaycanlı Nuray Şahsuvarlının videosu getdikcə populyarlıq qazanır. Onun ifa etdiyi videonu qızın anası Əminə Məmmədova sosial şəbəkədə paylaşıb.
Anasının dediyinə görə, Nuray 3 yaşından mahnı oxuyur. Hazırda o Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbində və İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə təhsil alır. Nuray artıq bir çox respublika müsabiqələrində iştirak edib, bütün məktəb tədbirlərində çıxış edib. Bundan əlavə, indi Nuray Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi Uşaq Yaradıcılıq Festivalında iştirak edir.
Bir cavab yazın