USD1,700,00%
EUR1,85–0,08%

Sülh və təhlükəsizlik keşiyində


 |  admin  | 

Cənubi Qafqaza dinc həyat qayıdır. Ölkəmiz vəziyyətin normallaşmasına və işğal olunmuş ərazilərinin öz nəzarətinə qaytarılmasına nail oldu. Hal hazırda Azərbaycan SQ bu gün peşə bayramını qeyd edən Rusiya sülhməramlıları ilə birgə əraziləri təmizləyir və patrul xidmətini həyata keçirir.

10 noyabrda Rusiya sülhməramlılarının Qarabağa daxil olmasından üç il keçib. Bu müddət ərzində onlar minlərlə hektar ərazini minalardan təmizləyiblər, 30 minə yaxın partlayıcı əşyaları məhv ediblər və 350-dən çox humanitar aksiya keçiriblər.

Bu işi həyata keçirərkən Rusiya sülhməramlıları öz həyatları ilə risk edirlər. 20 sentyabrda atışma nəticəsində beş sülhməramlı, o cümlədən RSK-nin komandirinin müavini İvan Kovqan həlak olmuşdur. Bu hadisədən dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev Rusiya lideri Vladimir Putinə zəng edib. Dövlətimizin başçısı Rusiya hərbçilərinin ölümü ilə bağlı dərin hüznlə başsağlığı verdi, həmçinin hərtərəfli araşdırma aparılacağını və günahkarların cəzalandırılacağını vəd etdi.

Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə birlikdə Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsində da iştirak ediblər. Bu proses başa çatdıqdan sonra hesablamaların nəticələri göstərdi ki, Qarabağ erməniləri 92 ədəd zirehli texnika, 142 avtomobil, 124 vahid hava hücumundan müdafiə vasitəsini, 112 ədəd səhra artilleriya qurğusu, reaktiv yaylım atəşi sistemləri və minaatanlar, 7 mindən çox atıcı silah və tank əleyhinə vasitə, təxminən 66,1 milyon döyüş sursatı təslim ediblər. Arsenal heyranedicidir: bu qədər silahın müsadirəsi bir çox azərbaycanlının həyatını xilas etdi.

İndi, regionda vəziyyət sabitləşdiyi zaman, Rusiya sülhməramlı kontingentinin (RSK) hərbiçiləri əvvəlki kimi təhlükəsizliyin təmin edilməsinə yardım edirlər. Noyabrın 22-nə olan vəziyyətə görə Qarabağda 19 RSK müşahidə məntəqəsi fəaliyyət göstərir.

Rusiya sülhməramlıları Xankəndi rayonunda təhlükəsizliyi təmin edirlər və yaşayış məntəqələrinin elektrik təchizatı üçün infrastrukturun bərpasına kömək edirlər. Bütün tapşırıqları onlar Bakı ilə sıx qarşılıqlı fəaliyyət edərək yerinə yetirirlər.

Azərbaycan və xarici ekspertlər eyni fikrə gəlirlər ki, RSK-nin hərbi qulluqçuları regionda öz işlərini uğurla yerinə yetirirlər. Türkiyə Maltəpə Universitetinin (İstanbul) professoru Həsən Ünal qeyd edib: “Qarabağ Azərbaycanın nəzarətinə keçdikdən sonra Rusiya sülhməramlılarının bundan sonra orada qalması əvvəlki kimi aktualdır”.

Rusiya sülhməramlılarının peşəkarlığını ölkəmizin rəhbərliyi də yüksək qiymətləndirir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan hakimiyyətinin nümayəndələri və Rusiya hərbçilərinin regiondakı komandanlığı açıq dialoqu dəstəkləyirlər. “Bu baxımdan, biz məmnunuq”, – Hacıyev deyib. Həmçinin o qeyd edib ki, sülhməramlılar öz hərəkətləri ilə nə Bakıya, nə də İrəvana təzyiq göstərməyə çalışmırlar.

Lakin öz maraqlarını müdafiə edən qərb ölkələri Rusiya sülhməramlılarının bölgədəki missiyasına müdaxilə etmək istəyirlər. ABŞ hesab edir ki, Qarabağdakı Rusiya sülhməramlıları yerinə başqasını tapmaq lazımdır. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.

Onun sözlərinə görə, Ştatlar, RSK hərbi qulluqçularına öz alternativlərini təklif etməyə hazırdırlar. Lakin Azərbaycan-Amerika münasibətlərinin gərginləşməsi fonunda belə bir əvəz etmə çətin ki Azərbaycanın xoşuna gələcəkdir.

Vaşinqton və onun müttəfiqlərinin belə hərəkətləri regionda vəziyyəti gərginləşdirir. Həqiqətənmi qərb dövlətləri haqqında çox danışdıqları Cənubi Qafqazda sülhə nail olmaq istəyirlər?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı