USD1,700,00%
EUR1,85–0,08%

Sürücülərə məsuliyyət yada


 |  admin  | 

Bakı şəhər yol polisi xatırladır ki, “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinə əsasən, sürücülərdən avtomobillərinin texniki vəziyyətinə daim nəzarət etmək tələb olunur. Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən, nasaz avtomobili idarə etməyə görə 50 manatdan 150 manatadək cərimə nəzərdə tutulur.

Nasaz avtomobil yolda digər avtomobillərin hərəkətini məhdudlaşdırır ki, bu da tez-tez tıxaclara səbəb olur. Nasaz avtomobil qəzaya səbəb olarsa, sürücü cinayət məsuliyyətinə cəlb oluna bilər. Ona görə də sürücünün, sərnişinlərin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını qorumaq üçün bütün nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı