USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Şuşa Dövlət Musiqili Dram Teatrı Türkmənistanda keçirilən “Xoşbəxtlik dövrünün teatr sənəti” IV Beynəlxalq festivalında çıxış edib. Azərbaycan aktyorları Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanmış “Sən həmişə mənimləsən” tamaşasını təqdim ediblər.
Baş rolları əməkdar artistlər Nazir Rüstəmov (Həsənzadə) və Azad Məmmədov (Fərəc), aktyorlar Zəhra Salayeva (Nargilə) və Püstəxanım Zeynalova (Nəzəkət) ifa ediblər. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar Artisti Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatı Əməkdar Artist Azad Məmmədovdur.
Bir cavab yazın