USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Oktyabrın 8-dən 11-dək Şuşa və Bakıda Türk Dünyasının III “Korkut Ata” Film Festivalı keçiriləcək. Tədbirdə Nizami Kino Mərkəzində 40-a yaxın bədii, sənədli və cizgi filmi nümayiş etdiriləcək. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Qaqauziya (Moldova), Tatarıstan, Altay diyarı və Başqırdıstan (Rusiya), eləcə də kiçik türk xalqlarından olan kino xadimləri öz əsərlərini təqdim edəcəklər.
Tədbir Heydər Əliyev Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan Film Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Film festivalının açılışı və bağlanışı Bakıda Heydər Əliyev Mərkəzində baş tutacaq. Bundan əlavə, tədbir çərçivəsində 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı – Şuşa şəhərinə tanışlıq səfəri təşkil olunacaq.
Bir cavab yazın