USD1,700,00%
EUR1,85–0,08%

Təkzibedilməz reallıqlar: regional əməkdaşlıq nə üçün Azərbaycanın xeyrinədir?


 |  admin  |  , ,

Bu gün heç kəs üçün yeni bir şey deyildir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, onun qeyri-neft və qeyri-xammal seqmentlərinin inkişafı vəzifələri ölkədə həyata keçirilən iqtisadi siyasətdə prioritet istiqamət təşkil etməlidir. Bu kontekstdə əhalinin gəlirlərinin formalaşmasının strukturunu təhlil etmək son dərəcə vacibdir, çünki onlar artırılmadan iqtisadi artımı stimullaşdırmaq mümkün deyil. Bunun üçün mal və xidmətləri kimsə almalıdır, əks halda keyfiyyətli məhsullar istehsal olunduqda belə dayanıqlı rəqabətə nail olmaq mümkün olmayacaqdır. Bu isə istər-istəməz ölkədə işgüzar fəallığın səngiməsinə gətirib çıxaracaqdır.

Bundan əlavə, əhalinin gəlirlərinin formalaşması cəmiyyətdə sosial sabitliyin təmin edilməsində mühüm amildir. Ona görə də onların daxil olduğu kanalların sabitliyini qorumaq dövlətin sosial-iqtisadi siyasətinin ən mühüm vəzifələrindən biri olmalıdır.

Azərbaycan əhalisinin gəlirlərinin strukturunu təhlil etməyə çalışsaq, görərik ki, ölkəyə pul köçürmələrinin payı kifayət qədər böyükdür. Belə ki, 2022-ci ilin yekunlarına əsasən onların təkcə fiziki şəxslər üzrə həcmi 3,6 milyard dollardan çox olub ki, bu da Azərbaycandan digər ölkələrə analoji köçürmələrin həcmindən təqribən 3 milyard dollar çoxdur.

Bu nəticəyə nəyin hesabına nail olunmuşdur? Ona görə ki, bu məbləğin 2,9 milyard dolları Rusiyadan köçürmələr hesabına formalaşmışdır. Bu məbləğ ötən il üçün ölkə büdcəsinə daxil edilmiş gəlirlərin təqribən 20%-nə bərabərdir. Üstəlik, bu cür daxilolmalar böyük vergi və digər rüsumlarla yüklənmir.

Bəzi rəqəmləri də qeyd etmək yerinə düşər. Uzun illərdir ki, ölkədə qeyri-neft ixracının inkişafı istiqamətində tədbirlər həyata keçirilir. Məhsulların dünya bazarına çıxarılmasını stimullaşdırmaq üçün təşviq xarakterli bir çox qərarlar qəbul edilmişdir. Bütövlükdə, bu, təbii ki, doğrudur. Amma ötən ilin yekunlarına əsasən, qeyri-neft ixracının məcmu həcmi təqribən 3 milyard dollar təşkil edib və yalnız Rusiyadan fiziki şəxslərin köçürmələrinin həcmi ilə müqayisə oluna bilər.

Eyni zamanda, unutmamalıyıq ki, bu seqmentdə məhsulların ixracının həcminə valyuta gəlirləri daxildir və fiziki şəxslər birbaşa istehlak bazarına pul köçürürlər. Bununla onlar alıcılıq qabiliyyətini stimullaşdırır və ölkədə sosial rifah və iqtisadi artımın stimullaşdırılmasına böyük töhfə verirlər. Bir sözlə, qeyri-neft ixracına gəlincə isə, orada əsas pay şimal qonşumuza düşür. Əgər 2022-ci ildə Azərbaycandan Rusiyaya bütün ixrac 975 milyon dollardan bir qədər çox təşkil edibsə, bu məbləğin təqribən 930 milyon dolları məhz qeyri-neft sektorunun payına düşüb.

Bu rəqəmlər, xüsusilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin və onun xammal şəklində neft və qazın ixracından asılılığının azaldılmasının son dərəcə məqsədəuyğunluğunu nəzərə alaraq, Azərbaycanın xarici iqtisadi vektorunun Rusiya istiqamətinin prioritetliyini parlaq şəkildə göstərir.

Təəssüf ki, çox vaxt bir sıra media resurslarının səriştəsizliyi, qeyri-peşəkarlığı, qərəzliliyi, doqmatizmi, hətta ekspert adlananları da belə təkzibedilməz reallıqların geniş ictimaiyyətə çatdırılmasına imkan vermir. Düşünürəm ki, Rusiyadan pul köçürmələrinin həcminin digər dövlətlərdən Azərbaycana daxil olan analoji daxilolmaların həcmini 5 dəfə üstələdiyini ölkəmizin milyonlarla vətəndaşının diqqətinə çatdırmaq bizi düşünməyə vadar edir ki, bizim ən əhəmiyyətli xarici iqtisadi tərəfdaşımız əslində kimdir? .

Bundan əlavə, daha çox insan əsl vətənpərvərin kim olduğu barədə düşünəcəkdir. Sənin ölkənin vətəndaşlarının təxminən 15%-nin işlə təmin olunduğu dövlətlə əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarı olan, hərçənd Rusiyada soydaşlarımızın ümumi sayı sözün geniş mənasında daha çoxdur, yoxsa kollektiv Qərblə inteqrasiyaya can atandır əsl vətənpərvər? Sonuncu çap etdiyi kağızlar müqabilində təbii sərvətləri özünə çəksin, hansılar ki üstəlik, tətbiq edilən “büdcə qaydalarına” görə, Qərb maliyyə bazarlarına böyük həcmdə qaytarılmalıdır. Deyirlər ki, əks halda biz bu pullar barəsində düzgün sərəncam verə bilməyəcəyik və inflyasiya bizim maliyyə resurslarımızı məhv edəcək! Baxmayaraq ki, eyni Qərb yorulmadan onilliklər ərzində təminatsız pul çap etmişdir, hələ də çap edir və inflyasiya artımından qorxmur.

Həmçinin patoloji rusofoblar və ultra-liberal Qərb demokratiyası tərəfdarları çox sevdikləri Qərb paytaxtlarına tez-tez reyslər həyata keçirərkən Bakı hava limanında uçuşların coğrafiyasına nəzər salsalar yaxşı olar. Həmçinin ailəsinə çörək pulu qazanmaq üçün uçan minlərlə sadə azərbaycanlıya baxsınlar. Soydaşlarımız rusofobların qəbul etmədiyi Rusiya şəhərlərinin adları yazılmış qeydiyyat masalarının önünə toplaşırlar.

Bir qədər quru statistika verək. 2021-ci ilin yekunlarına əsasən, daimi yaşamaq üçün gedən Azərbaycan vətəndaşlarının təxminən 50 faizi Rusiyaya gedib. Bu, Türkiyədən 5 dəfə, “dünya demokratiyasının beşiyi” olan Amerika Birləşmiş Ştatlarından isə təxminən 25 dəfə çoxdur. 2021-ci ildə soydaşlarımızın təqribən üçdə ikisi Avrasiya İqtisadi İttifaqı ölkələrinə gedib. Ümumiyyətlə, bütün postsovet ölkələri gedənlərin dörddə üçünü təşkil etmişdir!

Necə ola bilər ki, bu cür rəqəmləri görəndən sonra adekvat “ekspert” kimi qalmaq və ölkə hakimiyyətini anti-Rusiya sanksiyalarına qoşulmağa çağırmaq kimi absurd hala düşəsən? Məgər biz həmvətənlərimizə: valideynlərimizə, uşaqlarımıza, dostlarımıza zərər vermək istəyirik? Xoşbəxtlikdən, Azərbaycan rəhbərliyi qondarma demokratik müxalifətin ölkəyə sırımağa çalışdığı tamamilə ağlabatan olmayan, avantürist və anti-dövlət vektorunun zərərli nəticələrini dərk edərək adekvat, praqmatik siyasət aparır.

Yuxarıda qeyd olunanlar Qərbin təbliğatına və regional iqtisadi inteqrasiya ideyalarını gözdən salmaq cəhdlərinə baxmayaraq, sabit və ahəngdar sosial inkişaf üçün ən yaxın qonşularımızla əməkdaşlığın son dərəcə vacib olduğunu və qaçılmaz göründüyünü təsdiq etməyə imkan verir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı