USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
2024-cü il yanvarın 10-dan Azərbaycanda 2023-2024-cü tədris ilinin birinci yarısında tələbələrin köçürülməsinin elektron qaydada aparılması prosesi müvəqqəti olaraq dayandırılır. Bu barədə məlumatı Azərbaycan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yayıb.
Tam orta təhsil pilləsində buraxılış imtahanlarına qədər qalan vaxt nəzərə alınmaqla, XI siniflərə keçid prosesi dərs ilinin sonuna kimi aktiv olmayacaq. Məktəblərin hazırlıq qrupları və I-X sinifləri üzrə elektron köçürmənin bərpası ilə bağlı əlavə məlumat daha sonra veriləcək.
Bir cavab yazın