USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Moskva vilayətində Azərbaycanda anadan olan şəxs uşaqla qadını qoruyaraq qəhrəman hərəkəti törədib. Yerli hakimiyyət onun cəsarətini yüksək qiymətləndiriblər.
Moskva vilayəti Lyubertsı şəhərində küçədə maçete ilə qaçan və yoldan keçənlərə hücum edən qeyri-adekvat kişini saxlayıblar. Azərbaycanlı Müqabil Babayev cinayətkarı vaxtında saxlamağa və tutmağa kömək edib.
Müqabil Babayev Azərbaycanda anadan olub, lakin 20 ildən artıqdır ki, Rusiyada yaşayır, onun RF-nın vətəndaşlığı var. Hadisə günü o, maşının pəncərəsindən bir kişinin maçete yelləyərək adamların üstünə hücüm etdiğini görüb. Əvvəlcə Babayev düşünüb ki, manyakın əlində zərərsiz mulyajdır. Amma axmaq uşaqla qıza bir neçə zərbə endirəndə Babayev maşını cinayətkarın üstünə sürüb.
“Həmin anda mən bilmirdim nə edim. Beynimdə fikirləşdim ki, onu maşınla vurmalıyam, vəssalam. Amma əgər o bu piyada keçidindən keçsəydi, o biri tərəfdə məktəb var idir. Orada da kəsərdi”, – Babayev danışdı.
Müqabil öz maşını ilə cinayətkarın yolunu kəsib ki, hüquq-mühafizə orqanları qeyri-adekvat şəxsi saxlasınlar.
Cinayətkar tutulmasında göstərdiyi köməyə görə Müqabil Qoci oğlu Babayev mənzil almaq üçün sertifikat alıb – Babayevlər ailəsi uzun müddət idi ki, mənzil növbəsində idilər. Mükafatı Lyubertsı şəhər dairəsinin başçısı Vladimir Volkov təqdim edib. O, qəhrəmana təşəkkür edib və ona zərərçəkənlər – Yekaterina və Qlebdən minnətdarlığı çatdırıb.
Təbii ki, Müqabil mənzil xatirinə hərəkət etməyib – o an o mükafatdan heç düşünməyib. Soydaşlarımızın bu cür hərəkətləri Azərbaycan-Rusiya dostluğunun möhkəmlənməsinə gətirir. Lyubertsı sakinlərinin hadisə ilə bağlı xəbərlər altında şəhərin pabliklərində qoyduqları heyranedici şərhlər bunu əyani şəkildə sübut edir.
Əhsən Eloğlumuza
Sağ olsun, baş ucalığıdır 👍🙏