USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycanın xalq artisti Tofiq Bakıxanovun yaradıcılıq fəaliyyətinin 70 illiyi münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bayram konserti keçirilib. Simfoniyaların, simfonik muğamların, simfonik poemaların, müxtəlif musiqi alətləri üçün konsertlərin, sonataların, “Xəzər balladası”, “Xeyir və Şər“, “Şərq poeması”, operettaların (bəstəkar Nəriman Məmmədovun həmmüəllifi olduğu) və 100-dən çox mahnının müəllifi Tofiq Bakıxanovun əsərləri səsləndirilib.
Musiqi kompozisiyaları dirijor, Azərbaycanın Əməkdar Artisti Elman Əliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri tərəfindən ifa olunub. Solistlər Azərbaycanın Əməkdar artistləri Gülüstan Əliyeva, Almaz Orucova, respublika və beynəlxalq müsabiqələr laureatları Nadir Məmmədov, Orxan Hüseynli, Leyla Dadaşeva, Nurlana Abdullayeva, Səbinə Əlizadə və Fikrət Məmmədov olub.
Bir cavab yazın