USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bakıda “Uşaqlar üçün incəsənət tarixi” layihəsinə start verilib. Proqramın ilk mövzusu Qədim Misirin incəsənət tarixi olub. Uşaqlar qədim Misir incəsənəti, məişəti, qədim misirlilərin geyimləri, dünyagörüşü, piramidalar və fironların həyatı haqqında maarifləndirici mühazirə dinləyiblər. Ustad dərsində isə onlar firon Tutanxamon və kraliça Kleopatranın maskalarını, eləcə də onların geyim elementləri olan önlüklər hazırlayıblar.
Layihənin təşkilatçıları Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyi olub. Uşaqlar üçün tədbirlər “Qədim Misir İncəsənəti” ilə başlayaraq hər şənbə və bazar günləri keçirilir. Layihəyə tematik mühazirələr, ustad dərsləri, film nümayişləri, əyləncəli viktorinalar, kvestlər və əyləncəli oyunlar daxildir.
Bir cavab yazın