USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycanda ilk dəfə olaraq “Xalqın mədəni sərvəti” layihəsinə start verilib. Həftə ərzində ölkədə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun əsərlərindən ibarət “Musiqili parad” keçirilib. İlk gün Uşaq İncəsənət Məktəbinin və Fikrət Əmirov və Telman Hacıyev adına Uşaq Musiqi Məktəblərinin şagirdlərinin iştirakı ilə konsert olmuşdur.
Layihənin təşkilatçıları Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Mədəniyyət Nazirliyinin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi olub. Layihə çərçivəsində hər ay tanınmış mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş tədbirlər təşkil olunacaq.
Bir cavab yazın