USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında ölkəyə idxal olunan avtomobilin orta qiyməti 16,5 min ABŞ dolları təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 3,1 min dollar çoxdur. Ümumilikdə, bu ilin 9 ayında ölkəyə 1,2 milyard ABŞ dolları dəyərində 72 883 avtomobil idxal edilib ki, bu da dəyər ifadəsində 62,2%, kəmiyyət ifadəsində isə 32% çoxdur.
Xaricdən gətirilən avtomobillərin bahalaşmasının əsas səbəbi nəqliyyat xərclərinin artmasıdır.
Dövlət Statistika Komitəsi bildirir ki, sentyabrda daxili bazarda bir avtomobilin orta qiyməti 39,8 min manat təşkil edib. Hazırda ölkədə avtomobillərin təqribən 80%-nin yaşı 10 ildən çoxdur.
Bir cavab yazın