USD1,700,00%
EUR1,85–0,08%

Yaşayış dəyəri artırıldı


 |  admin  | 

Yeni 2024-cü ildə Azərbaycanda yaşayış minimumu 246 manatdan 270 manata, əmək qabiliyyətli əhali üçün 262 manatdan 287 manata, pensiyaçılar üçün 199 manatdan 222 manata, uşaqlar üçün 220 manatdan 235 manata yüksəlib. Ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı da artırılıb – 246 manatdan 270 manata.

Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il yanvarın 1-dən Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının əməkhaqqı orta hesabla 2,1 dəfə artırılıb. Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının əməkhaqqı isə orta hesabla 20 faiz artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı