USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan müğənnisi Zamiq Hüseynov ölkənin müxtəlif bölgələrindən olan Vətən Müharibəsi şəhidlərinin övladları ilə birgə ifa etdiyi “Mənim atam qəhrəmandır” mahnısına çəkdirdiyi klipi təqdim edib. Klip bir ay ərzində Azərbaycanın müxtəlif bölgələrində lentə alınıb.
“Mən bu layihədə iştirak edənlərə minnətdaram. Biz Vətəni üçün canlarından keçmiş insanların xatirəsini ehtiramla yad etməyə borcluyuq”, – Zamiq bildirib.
Mahnının bəstəkarı Cəlal Qurbanov, sözləri Xanım İsmayılqızına məxsusdur.
Bəstə artıq üç ilə yaxın olan “Mənim atam qəhrəmandır!” layihəsinin rəsmi himninə çevrilib. Bu müddət ərzində 2000-dən çox şəhid ailəsi onun iştirakçısı olub və Azərbaycanın bölgələrində də davam etdiriləcək.
Bir cavab yazın