USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bu gün Azərbaycanda III Beynəlxalq Türk Dünyası Korkut Ata Film Festivalı başa çatır. Tədbir xalqlarımızın mədəniyyətini, adət-ənənələrini və tarixini, milli irsini qoruyub saxlamaq və təbliğ etmək məqsədi daşıyır və bu il Bakıda və Şuşada keçirilir.
Festival çərçivəsində tamaşaçılara Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, eləcə də Qaqauziya, Tatarıstan, Altay və Başqırdıstan və türk dünyasının digər bölgələrinin kino xadimlərinin yaratdığı 40 film təqdim olunub.
Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə keçirilir.
Bir cavab yazın