USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Cənubi Qafqazda vəziyyət hələ də gərgin olaraq qalır.
Azərbaycan-Ermənistan sərhədində vəziyyət pisləşməkdə davam edir.
Qərb dövlətləri Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir və yalnız öz bəyanatları ilə vəziyyəti gərginləşdirirlər.
Belə ki, AŞPA-nın başçısı Tini Koks “Laçın dəhlizinə azad və təhlükəsiz girişin olmamasından əziyyət çəkən ermənilərin düşdüyü vəziyyəti qiymətləndirmək məqsədi ilə” təcili olaraq Qarabağa növbəti müşahidə missiyasını istiqamətləndirməyə çağırıb. Bu sözlərdən aydındır ki, onu real faktlar maraqlandırmır.
ABŞ dövlət katibi Entoni Blinken, Avropa diplomatiyasının başçısı Jozep Borrel, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç, Fransa, Litva Xarici İşlər nazirlikləri və Qərbin digər nümayəndələri Koksla həmrəydirlər.
Odun üstünə yağı qərbyönlü QKT-lər də tökür. Blinkenin kommersiya və humanitar yüklərin Laçın dəhlizi ilə azad nəql edilməsinin təmin edilməsinin zəruriliyi haqqında bəyanatına Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) başçısı Samanta Pauer də qoşulub. “Qarabağda ərzaq təhlükəsizliyinin olmaması və dərman çatışmazlığı böyük narahatlıq doğurur”, o vurğulayıb.
Azərbaycana qarşı münasibətdə Pauerin qeyri-səmimi ritorikası onsuz da reputasiyası son dərəcə şübhəli olan qurumu tamamilə diskretitasiya etdi. Ölkəmiz USAID-in öz ərazisində olmasına dözməlidirmi – böyük sualdır.
Dözməməlidir. Xocalıya ədalət verməyənlərdən heç nə gözləmək olmaz. Gedin öz daxili işinizlə məşğul olun. Azərbaycanın daxili işləri onun öz problemidir və öz sərhədlərindaxilindədir. Rədd olsun ermənilər mənim ata baba yurdumdan!
Otuz idən yuxarı BMT ,AŞPA,ABŞ və Qərbi Avropa dövlətləri tərəfindən Azərbaycanın haqq işi birmənalı şəkildə qəbul edilməmiş və birtərəfli mövqe nümayiş etdirimişdir.Gəldiyim qənaət ondan ibarətdir ki,adı çəkilən təşkilatlar ,dövlətlər və icmalar heç vaxt Azərbaycan dövlətinin xeyrinə addım atmayacaqlar